menu
FG0434 Digər həllər

Solar Flower Sculpture

Bütövlükdə IDEA tərəfindən dizayn və istehsal olunan, gül formalı, günəş enerjisi ilə təmin olunan bu innovativ struktur çoxsaylı imkanları özündə birləşdirir; işıqlanma, mobil telefonlar üçün elektrik qovşağı, Wi-Fi sistemi və oturacaq. İlk dəfə olaraq ASAN Xidmət Mərkəzi üçün istehsal olunan bu innovativ strukturun gül formalı yuxarı hissəsi ASAN Xidmət-in loqosunu əks etdirir. Bu sistem mərkəzi batareyanı enerji ilə təmin edən 4 ədəd günəş enerjisi panelindən ibarətdir. Mərkəzi batareya öz növbəsində enerjini LED işıqlar, Wi-Fi və elektrik qovşaqlarına ötürür. Oturacağın ətrafında 6 ədəd USB elektrik qovşağı yerləşir ki, oturacaqlarda istirahət etdiyiniz zaman mobil telefonlarınızı enerji ilə təmin edə bilərsiniz. Eyni zamanda, limitsiz Wi-Fi imkanından da zövq almaq mümkündür. LED işıqlar gecə vaxtı ətrafı aydın şəkildə işıqlandırma gücünə malikdir. İstehsalçı şirkət olaraq IDEA hesab edir ki, bu innovativ struktur ictimai məkanlarda insanlara xidmət göstərən, sosial həyatı gözəlləşdirən bir sistemdir.


Bu layihəni paylaşın


Axtarış nəticələri: