menu
PG0319A5 Collezione Collection

Asado

Ölçülər: L4000xW3000xH3000mm

“Collezione” kolleksiyasına aid olan “Asado” perqolası “White Stone Residence” üçün IDEA tərəfindən dizayn və istehsal edilib.
Perqola sadəcə estetik görünüşünə görə deyil, eyni zamanda texniki xüsusiyyətləriylə də permiumluq hissini yaradır.

Emprenye edilmiş taxta açıq hava şəraitində perqolanı çürümədən, həşəratlardan və termitlərdən qoruyur. Perqolanın rənglənməsi üçün  “EN 71-3 Oyuncaqlar üçün təhlükəsizlik” sertifikasiyana sahib olan su əsaslı boyadan istifadə edilib. Boya suitələyici xassəyə malikdir və taxtanı ultrabənövşəyi şüalardan qoruyur. Bu da taxtada rəng solması, quruma və çatlama hallarının qarşısını alaraq yaşayış kompleksinə uzun illər xidmət etməsini təmin edir. 

Paslanma problemini aradan qaldırmaq üçün bütün metal birləşmələr qalvaniz olunub.
Perqolanın ərsəyə gəlməsində istifadə olunan bütün detallar IDEA tərəfindən həll, dizayn və istehsal olunub.


Bu layihəni paylaşın

Eyni kolleksiyadan



Axtarış nəticələri: