Shamakhi
Sadə və eleqant görünüşüylə “Julienne Shamakhi” açıq məkanlarınız və terrasınız üçün ideal seçim olacaq.
Perqolanın bütün detalları IDEA tərəfindən həll, dizayn və istehsal olunur.
Emprenye edilmiş taxta açıq hava şəraitində perqolanı çürümədən, həşəratlardan və termitlərdən qoruyur. Perqolanın rənglənməsi üçün “EN 71-3 Oyuncaqlar üçün təhlükəsizlik” sertifikasiyana sahib olan su əsaslı boyadan istifadə edilib. Boya suitələyici xassəyə malikdir və taxtanı ultrabənövşəyi şüalardan qoruyur. Bu da taxtada rəng solması, quruma və çatlama hallarının qarşısını alır.
Paslanma problemi ilə qarşılaşmamağınız üçün bütün metal birləşmələr qalvaniz olunub.
“Julienne Shamakhi” istənilən hava şəraitinə qarşı davamlıdır.