Septum Light
'"Septum Light" konstruksiyası “IDEA” tərəfindən müasir tələblərə uyğun olaraq dizayn və inşa edilmişdir. Bu pergolalar sərinləmək və ya açıq yerlərdə vaxt keçirmək üçün taxta və ya dəmir materialların istifadəsi ilə istehsal olunan sadə, lakin faydalı bir quruluşdur. Məhsulun sərt hava şəraitinə qarşı dözümlülüyünü artırmaq məqsədilə empreniya olunmuş taxta "EN 71- 3 Safety for Toys" sertifikatlı su əsaslı boya ilə boyanıb. Şirkətimiz tərəfindən xüsusi olaraq düzəldilən polad birləşmələr perqolanın daşınma və quraşdırılmasını asanlaşdırır. Məhsul zövqünüzə uyğun olaraq fərqli rəng seçimlərində təqdim olunur.