menu
PR0351 Collezione Collection

Custom - Cloud

“Collezione” kolleksiyasına aid olan “Cloud” IDEA tərəfindən fərdiləşdirilmiş, həll, dizayn və istehsal edilmiş perqoladır. 

Taxta jalüzlər sahib olduğu əyrilik dərəcəsiylə sizi günəşin qızmar şüalarından qoruyaraq terrasınızda rahat istirahət etmənizi təmin edir. 

Emprenye edilmiş taxta açıq hava şəraitində perqolanı çürümədən, həşəratlardan və termitlərdən qoruyur. Perqolanın rənglənməsi üçün  “EN 71-3 Oyuncaqlar üçün təhlükəsizlik” sertifikasiyana sahib olan su əsaslı boyadan istifadə edilib. Boya suitələyici xassəyə malikdir və taxtanı ultrabənövşəyi şüalardan qoruyur. Bu da taxtada rəng solması, quruma və çatlama hallarının qarşısını alır. 

Paslanma problemi ilə qarşılaşmamağınız üçün bütün metal birləşmələr qalvaniz olunub.

Bolt birləşmə strukturlarından istifadə perqolanın asan daşınıla və quraşdırıla bilən, eyni zamanda konstruksiyanı daha dayanıqlı edir.


Bu layihəni paylaşın

Eyni kolleksiyadan



Axtarış nəticələri: