menu
İctimai Məkanlar · Bakı, Azərbaycan

Baki Zooloji Parki

01/02/2019 - 01/10/2021

IDEA şirkəti Bakı şəhərinin yenidən qurulan zooparkında “Bakı Zooloji Parkı” layihəsini yekunlaşdırıb. Şirkətimiz ən yüksək keyfiyyət standartlarına uyğun olaraq memarlıq işlərini uğurla başa çatdırmışdır. Bundan əlavə, Cor-Tendən hazırlanmış metal konstruksiya Bakı zooloji parkının girişində qonaqları qarşılayır. Bu mürəkkəb, laylı sənət əsəri yüksək dəqiqlikli lazerlərdən istifadə etməklə kəsilmiş tam COR-TEN den hazırlanmışdır.

Bir şirkət olaraq bizim öhdəliklərimizdən biri də zooparka gələnlərin rahatlığı haqqında düşünməkdir ki, ziyarətçilər zooparkda gəzərkən "Massive" adlı oturacaqlarımızda dincələ bilsinlər. Ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış "ECO" zibil qutularımız, zooparkın hər küncündə yerləşdirilir. "Nova" velosiped dayanacaqları velosipedləri olan ziyarətçilər üçün park yeri təmin edir. Biz Idea şirkəti olaraq uşaqlarımızı və onların zövqlərini düşünərək yüksək keyfiyyətli materialdan "Maral", "Ayı", "Pələng" və "Kenquru" fiqurlarını hazırlamışıq.

Bu layihədə istifadə olunan ağac hopdurulmuş, D4 yapışqanlı laminasiya edilmiş və "EN 71-3 Oyuncaqlar üçün Təhlükəsizlik" standartı ilə sertifikatlaşdırılmış su əsaslı boya ilə örtülmüşdür. 


Bu layihəni paylaşın

Əlaqədar məhsullar



Axtarış nəticələri: